Vasif Əfəndiyev: "Ən vacib məsələlərdən biri idarəetmə strategiyasının dəyişdirilməsidir"
Yusif Nəzərli
17:23 07.01.2024
Siyasət
895
Bu gün namizədlər üçün müddət başa çatır
Ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
“Seçkidən sonra xalqın gözləntiləri var"
Yanvarın 8-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır. Ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib. Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür. MSK hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Zahid Orucun və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib ki, növbədənkənar prezident seçkiləri ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Qeyd olunub ki, bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. MSK sədri deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərində 37 nəfər, MDB Parlament Assambleyası 17 nəfər, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası 4 nəfərlik müşahidə missiyası barədə artıq məlumatlar göndərib. Ümumilikdə, 19 ölkədən 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir. Növbədənkənar prezident seçkilərində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət də başa çatıb. Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar seçkilər keçiriləcək.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, təmsil olunduğu partiyanın bütün strukturlarında YAP-ın namizədi İlham Əliyevi dəstəkləyən qərar qəbul edilib. Onun sözlərinə görə, hazırda dairə və məntəqə komissiyalarında fəaliyyət göstərən partiya üzvləri ilə ciddi iş aparılır:
"Həm komissiya üzvlərimiz, həm də müşahidəçilərimizlə seçkiyə hazırlıq prosesində maarifləndirmə işləri aparırıq. Hesab edirəm ki, seçkiyə qatılmaq barədə qərar qəbul edən siyasi partiyaların prosesdə iştirakı normal qəbul edilməlidir. Bəzi ekspertlər bu partiyaların namizədlərinin YAP-ın namizədi İlham Əliyevə güclü rəqib olmadığını əsas gətirərək onları tənqid edir, qınaq obyektinə çevirirlər. Lakin mübahisəsiz faktdır ki, rəqabət olmayan yerdə inkişaf olmaz. Bundan başqa rəqabətsizlik hakimiyyəti də gələcəkdə zəiflədən faktorlardandır. Dövlət maraqlarını düşünən istənilən hakimiyyət ilk növbədə sağlam, güclü və arqumentli tələblərlə zəngin olan rəqiblə yarışmaqda maraqlıdır. Hakimiyyət dəyişikliyi sivil yolla, seçkilərlə və narazılıqsız olmalıdır ki, dövlət strukturları ziyan görməsin. Ən əsası isə 2024-cü il seçkisi heç də bəzilərinin düşündüyü kimi sıradan seçki deyil. Biz hələ də müharibə şəraitindəyik. Düşmən xarici qüvvələr və onların içimizdəki əlaltıları Qarabağ zəfərimizi həzm edə bilmədikləri üçün daxili sabitliyi pozmaq üçün məqam axtarırlar. Əlbəttə, arzuolunan idi ki, seçkilər siyasi partiyalar üçün daha əlçatan və asanlaşdırılan qanunlarla keçiriləydi. Lakin mövcud durum bizi operativ davranmağa vadar edir. Reallıq isə odur ki, İlham Əliyevə qarşı rəqib statusunda çıxış etmək istəyənlər mövcud seçki qanunlarına uyğun olaraq tələb olunan imzaları toplamaq iqtidarında deyillər. Daha bir neçə namizədin seçkiyə qatılacağını düşünürəm. Seçkilərin darıxdırıcı deyil, canlı keçməsi üçün namizədlərin maraqlı təklif və iddialarla çıxış etməsi yaxşı olardı".
Partiya funksioneri hesab edir ki, seçkidən sonra xalqın gözləntiləri var:
"Ən vacib hesab etdiyim məsələlərdən biri idarəetmə strategiyasının dəyişdirilməsidir. Məncə, mərhələli şəkildə parlamentli idarəetmə formasına keçməliyik. Seçki qanununa dəyişikliklər edilərək proporsional seçki sistemi tətbiq edilməlidir. Bu, gələcəkdə demokratiyanın inkişafına xidmət edən ən böyük töhfə ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm