Vrisman: “Heydər Əliyevin 100 illiyinə dair tədbirdə iştirak etmək böyük şərəfdir”
Yusif Nəzərli
08:59 17.05.2023
Siyasət
329
“Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir”.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Aikido Federasiyasının prezidenti Vilko Vrisman ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş praktik seminarı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
İlk dəfədir Azərbaycanda olduğunu deyən qurum rəhbəri tamhüquqlu üzvləri olan Azərbaycan Aikikai Aikido Federasiyasının dəvəti ilə burada olduğunu bildirib:
“Gələcəkdə yenidən Bakıya gəlməyi düşünürəm. Federasiya ilə əlaqələrimizi möhkəmləndirmək istəyirik. Bu gün yerli təşkilat üzvləri ilə birlikdə Fəxri xiyabanda oldum.
Müstəqilliyinizə necə dəyər verdiyinizi gördüm. Azərbaycan Aikikai Aikido Federasiyasının prezidenti İlham Quliyevlə Azərbaycanda bu idmanın inkişafı ilə bağlı görüşlərimiz olacaq”.
O bildirib ki, aykido psixoloji problemi olan insanların sağlamlığı üçün vacib idman növüdür:
“Bu iki nəfər arasında ünsiyyətin qurulmasında mühüm rol oynayır. Niderlandda çoxlu xəstəxanalarda autizmlə mübarizə zamanı aykidodan istifadə edilir”.
Niderland Aikido Federasiyasının da prezidenti olan Vrisman ölkəsində bu idmanın 1953-cü ildə, Azərbaycanda isə ötən əsrin 90-cı illərində yarandığını xatırladıb:
“Niderlandda daha səviyyəli aykido ustaları var. Amma bu o demək deyil ki, bir-birimizdən nəsə öyrənə bilmərik. Bir çox məsələlər Azərbaycanda da Niderlanddakı kimidir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, ölkəmizdə aykido Niderland Olimpiya Komitəsi tərəfindən tanınır. Ümid edirik ki, Azərbaycanda da bu olacaq”.
Azərbaycan Aikikai Aikido Federasiyasının sədri İlham Quliyev ölkədə bu idman növünün inkişafı üçün mühüm addımlar atılacağını söyləyib:
“Federasiyanın əsas məqsədi gənclər arasında aykidonu təbliğ etmək, onları qeyri-sağlam ideyalardan uzaq tutmaqdır. Uşaqların həyat tərzini daha sağlam formaya salmaq bizim üçün prioritetdir. Bununla bağlı seminarlar təşkil edirik.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş praktik seminarı təşkil etmək qərarına gəlmişik. Bu seminar iki gün davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət