
Yekun sülh nə vaxt və hansı şərtlərlə bağlana bilər? – ŞƏRH
Yusif Nəzərli
15:15 02.11.2021
Siyasət
819
Ermənistanın paytaxtı İrəvanda təcili tibbi yardım əməkdaşları əməkhaqqının az olmasına səbəbindən kütləvi tətilə başlayıblar. Həkimlər maaşlarının artırılması ilə bağlı zəmanət verilməyənədək aksiyanı dayandırmayacaqlarını bildiriblər.Təcili tibbi yardımın sürücülərindən biri Sejik Qasparyanın sözlərinə görə, son aylar zənglərin sayı iki dəfə artsa da, maaşlar olduğu kimi qalıb. O bildirib ki, onlar gün ərzində orta hesabla 17 çağırışa cavab vernəli olduqları halda, indi zənglərin sayı 30-a çatıb. Onların aylıq maaşı isə təxminən,111300 dramdır.(210 dollardır).
Şübhəsiz ki, məlum hadisə onsuzda iqtisadi,siyasi,sosial, tibbi və hərbi tənəzzül dövrünü yaşayan Ermənistanın vəziyyətini olduqca ağırlaşdırır.

Separatçı ölkədəki xaotik duruma münasibət bildirən politoloq Məhəməd Əsədullazadə “Sherg.az”a söyləyib ki, Ermənistandakı böhran şəraiti otuz ildir, davam edir. Onlar iqtisadi blokada şəraitində belə işğalı davam etdiriblər:
“Biz ümid etməməliyik ki, bu ölkədəki böhranlı vəziyyətin davam etməsi hər hansısa bir sülh sazişi ilə nəticələnəcək. Otuz il ərzində bunun faydasız olduğunun şahidi olduq. Biz yalnız güclənərək onları diz çökdürə bilərik. Müharibədən bir il keçsə də, qarşı tərəf 10 noyabr və 11 yanvar razılaşmalarının bir çox bəndlərini hələ də yerinə yetirməyib. Hazırda rəsmi İrəvanda vəziyyətin bu qədər gərgin olmasının onu Azərbaycanla yekun sülh sazişinə gətirib çıxaracağını düşünmürəm”.
Yekun sülh sazişinin hazırda gözlənilmədiyini vuğulayan politoloq diqqətə çatdırıb ki, əldə olunan razılaşmalar və Ermənistan hakimiyyətinin yeni planları ölkəni blokadadan çıxarmağa göstərilən səylərdir:
“Düşünürəm ki, yalnız Azərbaycanın təzyiqi ilə Ermənistanın 10 noyabr və 11 yanvar razılaşmalarına tam riayət etməsindən, eləcə də rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından bir neçə il sonra yekun sülhə imza atıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm