Zahid Oruc: Paşinyanı Bakıya dəvət etmək olar
Zahid Oruc: Paşinyanı Bakıya dəvət etmək olar
07:45 07.05.2024
Siyasət
297
“Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi Amerika Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb. Araşdırmalar göstərir ki, sənədi ilk dəfə hazırlayan Konqresin “Tom Lantos İnsan Hüquqları Komitəsi”, habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-ci düzəlişin də təşəbbüskarları və müəllifləridir. Təsəvvür edirsinizmi, üstündən 32 il keçməsinə baxmayaraq, lantoslar ailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır. Argentinanın ən varlı adamı, “aeroport maqnatı” kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan haqları İnstitutu, eyni adlı Fond da hörümçək toru quraraq, sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, “beynəlxalq hüquq mafiyası” kimi gecə-gündüz əleyhimizə işləyirlər”.
Bunu Milli Məclisin bugünkü iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, 90-cı illərin 1 milyon məcburi köçkün, qaçqın, məğlub ölkəsi ilə müqayisədə indi bizi Zəfərimizə görə cəzalandırırlar: “Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə bütün Azərbaycan ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün “44 Azərbaycan rəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki, 8 noyabr Zəfəri təkcə bir ölkə üzərində qazanılmayıb”.
Zahid Oruc bildirib ki, dövlət elitasında parçalanma və daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin, rəsmilərin adları siyahıya salınmayıb: “Sənədin birinci variantından “türkiyəli komandirlər” Bəhtiyar Ersay, Şeref Önqay, Göksel Kahyanın adlarının sonradan çıxarılması Türkiyəni Azərbaycanla birləşdirməkdən çəkinmənin nəticəsidir”.
Deputat qeyd edib ki, ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür: ““Gürcü arzusu”nun lideri İvanişvli haqlı olaraq, onları “qlobal müharibə partiyası” adlandırır. Bizdən xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər.
Bu il aprelin 24-də Cozef Baydenin “artsax” kəlməsini işlətməməsi və Xankəndidə “etnik təmizləmə” iddiasına “sıfır reaksiyası “sənəd”i heç bir hüquqi əsası olmayan “erməni aktı”na çevirir. Siz riyakarlığa baxın ki, Bob Menendesin korrupsiyaya əməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyanı guya Azərbaycandan rüşvət almaqda ittiham edərək, ölkəmizin dostlarını linç etməyə qalxıblar.
Ona görə Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməsi, region dövlətləri ilə konfrontasiyaya getməməsi, nəhayət, torpaqlarımızın işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını “qara siyahı”da dünyaya sülhün düşmənləri kimi göstərmək olmalıdır. Yəni, Paşinyanı Bakıya dəvət etmək olar, məğlubların, siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu isə birdəfəlik bağlanmalıdır”.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm