Nazir müavini: Bu il 3 milyondan çox ağac və kol əkilib

“Bu günə olan məlumata görə, il ərzində ölkə ərazisində 3 milyon ağacın əkilməsi həyata keçirilib”.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, bununla yanaşı 32 tona yaxın müxtəlif meşə cinsli toxumların əkini həyata keçirilib. “İl ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi də daxil olmaqla aidiyyəti dövlət qurumları 3 milyon ağacın əkilməsini öhdəlik götürüblər. Artıq bu günə 3 milyon 200 mindən çox ağac, kol tingi ölkə ərazisində, meşə fondu ərazilərində əkilib. Bununla yanaşı 32 tona yaxın da müxtəlif meşə cinsli toxumlar meşə fondu torpaqlarına meşə bərpa məqsədi ilə əkilib. Bu layihələr hazırda davam etdirilməkdədir”.
Nazir müavinin həmçinin qeyd edib ki, Cəbrayıl, Zəngilan və Füzulidə meşə bərpa işləri yekunlaşmaq üzrədir.