DSMF-nin gəlirləri 16,6 % artıb

Ötən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6667,2 mln manat olub. Bu da əvvəlki illə müqayisədə 16,6 % çox olub.
Bunu DSMF sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.

O bildirib ki, DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 mln. manat artaraq 5 mlrd. 197 mln. manata çatıb.

H.Məmişov vurğulayıb ki, Fondun xərcləri isə ötən il 16 faiz və ya 829 mln. manat çox olmaqla 6 mlrd. 81 mln. manata çatıb. Xərclərin 5 mlrd. 888 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz və ya 805 mln. manat çoxdur.