Badamı gözlərə sahib olanlar yardımsevər, yanımcıl olur. Əllərindən gələni əsirgəmirlər
Nahaq deməyiblər, göz ürəyin aynasıdır. Mütəxəssislər müəyyən edib ki, gözlər təkcə ürəyin deyil, insanın xasiyyətinin, şəxsiyyətinin də ən parlaq aynasıdır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, gözlər insanın şəxsiyyətini müəyyən etməkdə ən etibarlı köməkçidir. Bunu göz formasından anlamaq mümkündür. İnsanlar müxtəlif göz formalarına sahibdir. Hər göz forması isə hansısa xüsusiyyətdən xəbər verir. Məsələn, badam formalı göz sahibləri ümumilikdə istiqanlı və kübar olur. Badamı göz sahiblərini insanlar çox sevir, bəyənirlər. Bu isə onların istiqanlı, səmimi olmalarından irəli gəlir. Badamı gözlərə sahib olanlar yardımsevər, yanımcıl olur. Əllərindən gələni əsirgəmirlər. Gözləri onların daxili aləmlərinin zənginliklərindən xəbər verir. Xırda, kiçik göz sahibləri həyata daha ciddi yanaşan, analiz qabiliyyəti olan, yüz ölçüb-bir biçən xarakterə malikdrlər. Bu insanlar mübahisələri həll edə bilir, ağıllı davranış sərgiləyirlər. Bəzi insanlar onları duyğusuz, kobud hesab edir. Lakin məntiqlə yanaşdıqda yanıldıqlarını görürlər. Şişkin, qabarıq gözlərə sahib olanlar qarşıdakı insanlarla nəzakətlə davranır, səmimi olurlar. Ailədə onlar xoşbəxtlik əldə edə bilirlər. Çünki gözləri kimi özləri də kiçik ailə modelini sevir və bununla özlərini çox xoşbəxt hiss edirlər. Daim ailə içində olmağı sevir, başqalarının ailə işlərinə qarışmalarını xoşlamırlar. Girdə, yuvarlaq gözlü insanlar daha çox yaradıcıdırlar, istedadlıdırlar. İnsanlarla açıq ünsiyyətə daxil olur, ünsiyyətdən çəkinmirlər. Duyğularını da gizlətmirlər. Onlar istedadları sayəsində ətrafdakıların diqqətini çəkir. Çuxur, çökək gözlü insanlar duyğularını gizlədən, daxili aləmini çox çətinliklə kimsəyə açan insanlardır. Onlar daxili dünyaları ilə baş-başa qalmağı sevir. Bu insanlarla əlaqə yaratmaq, ünsiyyət qurmaq çətin olur. Uzunsov gözlərə malik insanların xarakteri romantikdir. Romantik, duyğusal, hətta sakit təbiətli görünsələr də, bu görünüşün alt yapısında qürurlu, dayanıqlı, möhkəm insan xarakteri gizlənir.