Türkiyə İxracatçıları Məclisi dünən yaydığı hesabatda bildirib ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan Türkiyədən aldığı geyim və geyim üçün lazım olan ləvazimatlarının həcmi kəskin azalıb.
Belə ki, iki ay ərzində Türkiyədən 10 milyon 84 min ABŞ dolları dəyərində geyim və geyim üçün lazım olan ləvazimatlar alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 510 min ABŞ dolları, yaxud da 35,3 faiz azdır.
Maraqlıdır ki, Türkiyədən onlayn üsulla geyim sifarişi gün keçdikcə daha da populyarlaşır. Ona görə də, statistikada azalmanın olması müəyyən suallar yaradır.
Modelyer Aynur Xəlilova “Sherg.az”a vurğulayıb ki, Türkiyədən gələn geyimlərə görə Azərbaycan brendləri çökür:
“Hazırda milli brendlərin hər birinin çökməsi üçün şərait yaradılıb. Çünki Trendyoldan və xaricdən sifarişlər çatdırılır. Gəlib yerli markaların gününə baxsınlar ki, necə it gününə qoyublar”.