Ombudsman bu problemlərdən danışıb
Ombudsman bu problemlərdən danışıb
08:10 01.04.2024
Sosial
397
Psixi sağlamlıq və insan hüquqları haqqında danışarkən narkomaniya probleminə toxunmamaq mümkün deyil. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ölkədə narkomaniya ilə bağlı problem aktuallığını qorumaqdadır.
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniyadan əziyyət çəkən şəxslərin hüquqlarının təmin edilməsi vacib məsələlərdəndir və tərəfimizdən diqqətdə saxlanılır. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi də mövcuddur:
Respublika Narkoloji Mərkəzinə tərəfimizdən ötən il həyata keçirilmiş başçəkmə zamanı həmin gün üçün 2.000 pasiyentin Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum olub. Bu məsələyə diqqəti çəkərək narahatlığımı bildirir, aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram.
Bu gün ölkəmizdə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla - narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar mövcuddur. Bu isə ciddi problemlərə, orada reabilitasiya keçən insanların həyat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır”.
Ombudsman deyib ki, Penitensiar Xidmət müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı saxlama şəraiti və rəftar məsələləri ilə yanaşı, məhkumların səhhəti, o cümlədən psixi sağlamlıq vəziyyətləri, habelə tibbi xidmət səviyyəsi də araşdırma predmeti olur:
“Psixi pozuntulardan əziyyət çəkən və ya cəza çəkdiyi dövrdə psixi sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verən şəxslərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə tərəfimizdən “Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”nın yenidən baxılması təklif edilib.
Bununla yanaşı, başçəkmələrin təhlili penitensiar müəssisələrdə psixoloji yardımla bağlı müəyyən çatışmazlıqların olması qənaətinə gəlməyə də əsas verir. Bu baxımdan qapalı müəssisələrdə cəza çəkən və psixi sağlamlığına potensial təhlükə yarana biləcək şəxslərə keyfiyyətli və adekvat yardımın göstərilməsinə ciddi ehtiyac var.
Bu gün cəmiyyətimizdə hələ də psixi sağlamlıqla bağlı stereotiplər qalmaqdadır. Düzdür, əvvəlki dövrlərə müqayisədə cəmiyyətin baxışı bu məsələdə müsbətə doğru dəyişməkdədir, lakin hələ də, psixiatriyanı, psixi sağlamlıqla bağlı məsələnin “ayıb, xoşa gəlməyən” hal kimi qiymətləndirilməsi, psixiatra və psixoloqa müraciət edilməməsi, bundan mümkün qədər qaçılması geniş yayılmışdır. Diskriminasiya, stiqmatizasiya halları da hələ də cəmiyyətimizdə mövcuddur. Bu isə bir sıra hallarda faciəvi nəticələrə gətirib çıxarır.
Digər narahatedici məqam psixoloqların bəzi hallarda psixiatr qismində çıxış etmələri, müvafiq müalicə aparmaq cəhdləridir ki, bu da qəbuledilməzdir. Yeri gəlmişkən, bu gün ölkəmizdə müvafiq tam təhsili və təcrübəsi olmadan psixoloq kimi fəaliyyət göstərən şəxslərin sayı da təəssüf ki, az deyil”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya