30 illik savaşın ardınca Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə 27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında müharibə başladı. 44 gündən sonra Azərbaycanın güclü və əzmli ordusu nəticəsində quldur və cinayətkar Ermənilərə qalib gəldik. İşğal altında olan torpaqlarımız azad olundu və ərazi bütövlüyümüzü yenidən bərba etdik. 44 günlük Vətən Müharibəsi zamanı şəhidlərin, qazilərin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 illik həsrətə son qoyuldu. İşğaldan azad edilmiş torpaqlarımıza sevinc dolu günlər bəxş etmək üçün hər kəs öz var gücü ilə çalışır. Vətəndaşlarımız artıq Şuşa və Laçın şəhərlərinə kütləvi şəkildə səyahət edirlər. Bunların hər biri xalqımızın, rəşadətli ordumuzun və dövlət başçımızın düzgün siyasəti nəticəsində baş verir.
Turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, son zamanlar Şuşa və Laçın şəhərinə gedən turistlərin sayı artıb:
“Bura gedənlərin çoxu ata-baba ocaqları və yurdları orada olan vətəndaşlarımızdır. Eyni zamanda elə vətəndaşlarımız var ki, işğal altından azad olduqdan sonra torpaqlarımızı görmək istəyirlər. Orada görülən işlər, təhlükəsizlik tədbirləri genişləndikcə, infrastruktur məsələləri düzəldikcə, işğaldan azad olan məkanların yaşayış üçün hazır vəziyyətə gəldikcə işğaldan azad edilmiş ərazilərimizə gedən turistlərin sayının artacağı gözlənilir. Həmin yerlərə maraq böyük olduğu üçün, insanlarımız ora səfər edirlər. Bildiyimiz kimi Qurban bayramı ərəfəsində 20 min insan Şuşa və Laçın şəhərinə səyahət ediblər. Onlarında yarıdan çoxu isə həmin ərazilərdəki otellərdə qalıblar. Gələcək zamanda da işğaldan azad edilmiş ərazilərə gedən turistlərin sayı artacaq. Hazırda ora daha çox getməyin səbəblərindən biri yeni turizm marşurutu və daxili maraqlarıdır. Hər kəs işğaldan azad olunmuş əraziləri görməyi arzulayır”.
Deputat Vüqar Bayramov isə söyləyib ki, Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq məskunlaşma intensiv şəkildə həyata keçirilir:
“Son dövrlər biz mütəmadi olaraq fəxri rayonlarımızda məskunlaşmanın həyata keçirilməsini müşahidə edirik. Eyni zamanda məskunlaşma ilə yanaşı, işğaldan azad olunmuş ərazilərimizə Qarabağ və Şərqi Zəngəzura səfərlər də sadələşdirilib. Çünki minadan təmizləmə davam etdikcə səfərlərin sayının artmasını və prosesin sadələşməsini müşahidə edirik. Şuşa, Laçın və Qarabağın digər bölgələrinə səfər edən vətəndaşlarımızın da sayında artımlar var. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, bütövlükdə işğaldan azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdir. Məskunlaşma davam etdikcə turizm potensialından daha çox istifadə ediləcək. Məskunlaşmanın birinci mərhələsi 2026-cı ilə qədərdir. 2026-cı ilə kimi 140 min vətəndaşımızın, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması gözlənilir. Bunların hər biri möhtərəm cənab Prezidentin diqqəti və siyasi iradəsi nəticəsində reallaşır. Çünki Şərqi Zəngəzurun bərpası, ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da gücləndirməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması cənab Prezidentin müəyyənləşdirdiyi siyasətin əsas prioritedləridir. Biz cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində aparılan işlərin, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına daha tez qayıtmasının təmin edilməsinin şahidi oluruq. Artıq bu proses kütləviləşib. 2025-ci ildə isə kütləvi şəkildə məskunlaşmanın həyata keçiriləcəyi gözlənilir”.