Doğuşdan sonra uşaqlara verilən birdəfəlik vəsait qənaətedici səviyyədə deyil
2024-cü ilin yanvar-iyun ayları ərzində 51 497 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
İqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, doğuşdan sonra uşaqlara verilən birdəfəlik vəsait qənaətedici səviyyədə deyil:
“Uşaq pulu ilə bağlı məsələ müzakirə olunaraq bir dəfəlik həllini tapmalıdır. Çünki bu çox vacib məsələdir. Azərbaycanda doğum sayına baxanda görürük ki, demoqrafik vəziyyət əvvəlki illərdəki kimi deyil. Əvvəlki illərə nisbətən doğum sayında xeyli azalma var. İnsanlara əlavə olaraq maddi dəstək də lazımdır ki, ölkədə demoqrafik vəziyyət normalaşsın”.