Üç il ərzində ən çox kredit rəsmiləşdirilmiş universitetlerin adları açıqlanıb.
APA xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri v.m.i.e. (müvəqqəti icra edən) Bəhruz Əzimov Fondun 3 illik fəaliyyətinə dair keçirilən media brifinqdə deyib.
"Siyahıda ilk onluqda Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Koorperasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Baki Biznes Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti və Odlar yurdu Universiteti yer tutur", - deyə o bildirib.