İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
Yusif Nəzərli
07:44 25.05.2025
Siyasət
477
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.
Sherg.az xəbər verir ki, Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirdi, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı.
Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirdi.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu.
Ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.
Sherg.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm