
Ayıbdır, vallah... - Samir Şərifov baltanı kökündən vurub
23:10 21.11.2024
Sosial
348
Cərimələrin mənimsənilməsi faktları varsa, mütləq araşdırılmalıdır
“DYP-də belə bir problemin yaşandığını zənn etmirəm, lakin AYNA publik şəxs olduğu üçün ödənilən cərimələrin birbaşa dövlət büdcəsinə daxil olmaması mümkündür”
Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək: "Biz bu prosesə nəzarəti gücləndirəcəyik".
İqtisadçı-ekspert Fuad İbrahimli “Sherg.az"a açıqlamasında deyib ki, əgər doğrudan da belə faktlar varsa, bu, qəbuledilməz bir haldır. Vətəndaşın ödədiyi cərimələr əgər birbaşa dövlət büdcəsinə daxil olmursa, demək, ödəndiyi hesabda qalır:

"Bu hesablara isə müvafiq qurumlar nəzarət edir. Məsələn, ən çox cərimələr AYNA və Dövlət Yol Polisi tərəfindən yazılır. DYP-də belə bir problemin yaşandığını zənn etmirəm, lakin AYNA publik şəxs olduğu üçün ödənilən cərimələrin birbaşa dövlət büdcəsinə daxil olmaması mümkündür. Əgər doğrudan da dövlət orqanlarında belə bir faktlar varsa, mütləq araşdırılmalı və həmin vəsaitlər dövlət büdcəsinə qaytarılmalıdır. Sözsüz ki, köçürülən vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi ciddi müzakirə predmetidir”.
F.İbrahimlinin sözlərinə görə, internet əsrində, bütün qurumların rəqəmsallaşdığı bir dövrdə bu cür problemin olması həddindən artıq absurd və gülünc bir məsələdir. Ayıbdır vallah, belə bir problem varsa, aidiyyəti qurumları yığıb iclas keçirin, problemi daxildə həll edin. Bu, parlament səviyyəsində müzakirə ediləcək məsələ deyil. Cərimələrin mənimsənilməsi ilə bağlı şübhələr varsa, görün indi müxtəlif təyinatlar üzrə ayrılan vəsaitlərlə neyləməzlər?!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm