Az pensiya alanlar sevinə bilmir - AÇIQLAMA
00:13 23.11.2024
Sosial
498
300 manat pensiya alan vətəndaşımızın pensiyası cəmi 24 manat artacaq
3 min manat pensiya alanın pensiya məbləğində isə 240 manat artım qeydə alınır
"2025-ci ilin əvvəlində bütün növ əmək pensiyalarının 8 faizə indeksləşdirilib artırılması gözlənilir. Mövcud qaydalara əsasən, Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsində vahid yanaşma tətbiq olunur".
Bu sözləri millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Deputat bildirib ki, pensiyaların indeksləşdirilərək artırılması müsbət haldır:
"Bununla belə, fiks indeksləşdirmə nəticəsində 300 manat pensiya alan vətəndaşımızın pensiyasında cəmi 24 manat, 3 min manat pensiya alanın pensiya məbləğində 240 manat artım qeydə alınır. İndeksasiya birbaşa pensiya məbləğinə kəmiyyət olaraq tətbiq olunduğu üçün az pensiya məbləği olanlarda az, çox pensiya alanlarda çox artım olur. Mövcud maliyyə fondu çərçivəsində diferensial indeksasiya sisteminin tətbiqinə ehtiyac var. Bu zaman az pensiya məbləği üçün daha çox indeksasiya faizi kimi göstərici ilə yanaşı keyfiyyət meyarlarından da istifadə oluna bilər. Bununla indeksasiya nəticəsində nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara nail olmaq olar".
Parlament üzvü vurğulayıb ki, digər məqam pensiya kapitalı üçün tələblərlə bağlıdır: "Minimum pensiya məbləği artdıqca əmək pensiyası almaq üçün kapital tələbi də artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala, ya da 25 illik staja malik olmalıdır. Minimum pensiya məbləğinin artırılması müsbət haldır və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindəndir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var. Məsələn, tək analar və ya ailədə uşaqların sayı və digər faktorlar nəzərə alına bilər. Bununla da, əmək pensiyası almaq hüququ qazanmaq üçün kapital tələbi azalmış olar. Bu, yaşa görə müavinət alan bəzi vətəndaşlarımızın əmək pensiyası almasına imkan yaradar. Bununla daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər".
V.Bayramov əlavə edib ki, Sinqapur və bir sıra digər ölkələrdə olduğu kimi pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadə edilməsi məqsədəuyğun olardı: "Bu zaman vətəndaşlarımız pensiya yaşının tamam olmasını gözləmədən kapitalın bir hissəsindən daha öncə istifadə edə bilərlər. ABŞ modelində olduğu kimi, minimum pensiya kapital tələbi ilə yanaşı orta pensiya kapital tələbi müəyyənləşə bilər ki, bu da kapitaldan istifadəyə imkan yaradar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya