
Ceyhun Aşurov: COP 29 ölkənin tanıdılması üçün əla fürsətdir
09:51 22.11.2024
Sosial
668
Bu ilin noyabr ayında Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində müvafiq qurumlar ölkədə və xaricdə çoxsaylı tədbirlər həyata keçirib. Bu mötəbər tədbirə turizm sektoru da ciddi hazırlaşıb. İqlim konfransı çərçivəsində paytaxtımıza onminlərlə qonağ gəlib. Maraqlıdır, COP29-un Azərbaycan turizminə nə kimi təsirləri olacaq? Turistlərin təəssüratları necədir?
Suallarımızı cavablandıran turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a açıqlamasında deyib ki, iqlim dəyişiklikləri ilə əlaqədar olan COP29 Azərbaycan tarixində ev sahibliyi etdiyimiz ən böyük tədbirlərdəndir:

"Bura dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlib. İqlim, ətraf mühitin qorunması, yaşıllıqla bağlı ciddi müzakirələr aparılır. Azərbaycan və digər dövlətlər gələcəyə yönəlik öhdəliklər götürüblər. Bu tədbirə gələn qonaqlar da Azərbaycanın real infrastrukturunu, şəhərin gözəlliyini görürlər.Dünya liderlərinin paytaxtımıza toplanması ölkəmizin bütün dünyada böyük nüfuza sahib olmasının göstəricisidir. Həmçinin, buranın turizm ölkəsi olaraq potensialını qiymətləndirirlər. Onlara müəyyən avtobuslar təqdim edilir ki, boş qalan vaxtlarında Bakı şəhərinə yaxın olan regionlara yollansınlar. Fikrimcə, bu kimi tədbirlər xaricdən gələn turistlərin hafizəsində yaxşı qalacaq. Ünsiyyət imkanı əldə etdiyimiz iştirakçılar arasında da təəssüratlar çox gözəldir. Bu da bizi sevindirir. İnanırıq ki, həmin qonaqlar hisslərini öz ölkələrində də paylaşacaqlar. Bu ölkənin tanıdılması üçün əla fürsətdir. COP29-da 22 noyabr tarixində turizmlə bağlı bəyannamə qəbul olundu. Beləki ölkələrin götürdükləri öhdəliyə əsasən turizm sənayesi ətraf mühitlə bağlı həssas davranacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm