
Ekspert: Sığorta bazarı böyüdükcə iqtisadiyyat da güclənir
11:37 26.12.2023
Sosial
464
Azərbaycanın sığorta bazarı 27 % böyüyüb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 108,234 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 497,466 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45,8 manat olub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda sığorta bazarında müxtəlif problemlər mövcuddur:
“Əsas problemlərdən biri sığorta şirkətlərinə güvən məsələsidir. Sığorta şirkətlərinin gəlirliliyi artırsa, bu sığorta şirkətlərinə güvənin artmasını göstərir. İnsanlar əvvəllər icbari sığorta ilə bağlı ödənişlərdə çətinlik çəkirdilər, həmçinin vaxt itkisi ilə üzləşirdilər. İndi çox qısa zaman kəsiyində ödənişlər həyata keçirilir. Ümumiyyətlə sığorta bazarı nə qədər böyüyərsə, bu iqtisadiyyatda müsbət təsirlərə səbəb olacaqdır. Sığorta bazarı ümumi iqtisadiyyatın tarazlaşmasına kömək olan sahələrdən biridir”.

N. Cəfərli sığortanın Azərbaycanda geniş növlərinin yayılmadığını vurğulayıb:
“Sığorta şirkətləri daha çox icbarı sığortaya meyil edirlər. Kənd təsərrüfatı sahə olaraq sığortanın ən zəif olan nöqtəsidir. Aqrar sahədə sığorta hələ də geniş inkişaf etməyib. Nəticə etibarı ilə fermerlər ciddi problemlərlə üzləşirlər. Çünki onların daha rahat davranışlarının qarşısı alınır. Zaman-zaman hava şəraiti və digər səbəblərdən məhsul itkisi ilə üzləşərkən fermerlər dövlətdən yardım gözləyirlər. Əslində belə olmalı deyil, sığorta şirkətlərinin özləri bunda maraqlı olmalıdırlar. Riskləri böyük olduğu üçün sığorta şirkətləri ehtiyyatlı davranırlar. 2024-cü əsas məsələ aqrar sahəyə sığortanın genişləndirilməsi üçün dövlətin yeni bir proqramına ehtiyac var. Düzdür, təşviq layihələri var və dövlətdə dəstək göstərir. Amma yenədə bu sahədə yeni yanaşmalara ehtiyyac duyulur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm