
Qaynana-gəlin davası: "Əli duz tutmaz gəlinin əli qan tutdu”
11:09 30.07.2025
Sosial
590
Gəlin-qaynana münasibətlər9 Şərq ölkələrində, xüsusilə Azərbaycanda bir növ mentalitetə çevrilmiş məsələdir
İyulun 29-da gecə saatlarında Astarada intihar etməsi xəbəri yayılan Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirilməsi məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən müəyyən olunub ki, onun qətlində gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova şübhəli bilir.
İlkin ehtimala görə, o, ailə münaqişəsi zəminində kəsici alətlə qayınanasını qətlə yetirib.
R.İmanova saxlanılaraq istintaqa təhvil verilib.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, gəlin-qayınana münasibətləri çox aktual bir mövzudur:

“Bu münasibətlər Şərq ölkələrində, xüsusilə Azərbaycanda bir növ mentalitetə çevrilmiş məsələdir. Problem bu günün problemi deyil. Bunun tarixi kökləri var. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Çünki hansı şəraitdə, hansı münasibətlərdə hadisələrin baş verməyi çox vacibdir. Psixoloji və fəlsəfi nöqtədən yanaşsaq demək olar ki, hər iki tərəfdə bu və ya digər dərəcədə müəyyən günahlar var. Əsas odur ki, onlar güzəştə getməyi bacarsınlar. Belə ailələrə hüquqi yardımdan daha çox psixoloji yardım göstərmək lazımdır. Gəlinlər qaynanalardan, qaynanalar isə gəlinlərdən şikayətçidir. Bəs görəsən problem nədədir? Qaynana-gəlin münasibətləri iki əsas üzərində dayanır. Bunlardan biri şəxsi məsələlərə aiddir, digəri isə cəmiyyətlə əlaqəlidir. Belə ki, qaynana və gəlin arasındakı mübahisə böyüyüb münaqişəyə çevrildiyi təqdirdə, oğlan yəni ər nə edəcəyini bilmir, gəlin isə bundan təsirlənir. Belə münaqişələrin yaşandığı ailələrdə böyüyən uşaqların ətrafmühitlə münasibətlərində problemlər yaşanır. Üstəlik gələcəkdə öz ailələrində gördüklərini tətbiq etməyə çalışırlar. Hələ dünyanı yenicə dərk edən uşaq ən çox sevdiyi iki insanın anası və nənəsinin bir-birilə yola getmədiyini görüb bir çox insanla yola gedə bilməyəcəyi düşüncəsinə qapıla bilər. Bu da uşağın sosiallaşmasına maneədir. Qarşılıqlı münasibətlər şüur altına yerləşir və həmin uşaq böyüyüb ailə qurandan sonra gördüklərini öz ailəsinə tətbiq etməyə çalışır. Belə davam edərsə bu nəsildən-nəslə keçməyə başlayar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi