
Quru sərhədlərin açılması artıq sosial sifarişdir - AÇIQLAMA
09:11 26.12.2023
Sosial
543
Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz
Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişinin qonağı ReAL Partiyasının sədri İlqar Məmmədov olub.
Müsavat.com xəbər verir ki, İlqar Məmmədov quru sərhədlərin bağlı olmasından danışıb.
4 ildir quru sərhədlərinin bağlı saxlanılmasının dövlətçilik prinsiplərinə zidd olduğunu vurğulayan İ.Məmmədov qeyd edib ki, sərhədlər 1-2 il də bağlı qalsa, sonra onu açmaq mümkün olmayacaq. Açılsa belə, ölkənin hüquq-mühafizə orqanları, gömrük orqanları açıq sərhəd rejimində işləyə bilməyəcək. Ölkəyə giriş-çıxışı idarə etmək çox çətin olacaq. Zaman keçdikcə bu sahədəki təcrübə də yaddan çıxacaq.
Ölkənin təhlükəsizliyini təmin etmək üçün quru sərhədlərini bağlı saxlamaq şərt deyil. Əksinə, bağlı sərhədlər çərçivəsində dövlət idarə etmək olmaz. Bu zaman qonşu dövlətlərlə normal münasibət qurmaq vərdişləri itəcək. Nə vaxtsa sərhədlər açılanda isə həmin vərdişləri bərpa etmək çətin olacaq, əlavə problem çıxacaq. Bu gün üçün sərhədlərin bağlı qalması ən təhlükəsiz qərar kimi görünsə də, orta və uzaq perspektivdə bu qərarın qüvvədə qalması dövlətin təhlükəsizliyini risk altında qoya bilər. Hüquq-mühafizə orqanlarında çalışan yaşlı əməkdaşlar təqaüdə çıxır. Sistemdə yeni çalışan gənclər isə artıq bağlı sərhədlər rejmində işləməyə öyrəşir. Sabah da sərhədlər açılanda onlar ölkəyə gələn qonaqlar, turistlərlə necə davranmaq lazım olduğunu bilməyəcək. Səhvlər edəcək. Həmin səhvlər də ölkə və dünya medisında işıqlandırılacaq”.
İ.Məmmədov sərhədlərin bağlı qalmasının səbəbinin daxili turizmi təşviq etmək ehtimalı ilə də razılaşmayıb. Onun sözlərinə görə, məsələnin nə iqtisadi, nə də hüquqi əsasları var.
İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a açıqlamasında quru sərhədlərin açılmasının indiki reallıqda çox böyük sosial sifariş olduğunu deyib. İqtisadçının sözlərinə görə, hazırda quru sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur:

“Ümumdünya Səhiyyə Təşkilatı səviyyəsində COVID-19 pandemiyası ləğv edilib. Uzun müddətdir ölkədə yoluxma sayı stabildir. Eləcə də, ölüm sayında kəskin azalma müşahidə edilir. Sərhəd ölkələrdə də pandemiya təhlükəsi olmadığı üçün quru sərhədlərin açılması tibbi baxımdan təhlükəli hesab oluna bilməz. Nəzərə alaq ki, bütün dünyaya təyyarə ilə gediş-gəlişimiz var. Təyyarə yolunun açılması daha təhlükəlidir, nəinki quru sərhədlərin. Buna rəğmən tutarlı bir səbəb göstərmədən xüsusi karantin rejimi uzadılır. Aydın məsələdir ki, səbəb pandemiya deyil. Dəfələrlə qeyd etmişik ki, quru sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. İnsanlar daha aşağı qiymətə daha keyfiyyətli mal və xidmətlərə çıxış əldə edirdilər. Bu imkanlar tamamilə əldən çıxıb. Quru sərhədlərinin bağlı olmasına görə 4-cü ildir ki, insanlar qazanc yerlərini itirib. Kasıb təbəqə doğmalarını görməyə gedə bilmir. Bu vəziyyət heç dövlətə, iqtisadiyyata da sərfəli deyil. Həm dövlətin, həm də vətəndaşların iqtisadi mənfəəti baxımından karantin rejiminin uzadılması zərərdir”.
İqtisadçının sözlərinə görə, Azərbaycana gələn turistlərin böyük faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşür:
"Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər. Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz. Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq”.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb. Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya