Selektiv abortların mədəni kökü: Problem ultrasəs cihazında yox, beyinlərimizdədir
13:15 11.07.2025
Sosial
427
Cinsə görə abortlar sadəcə hüquqi yox, simvolik zorakılığın nəticəsidir
Bu zorakılıq cəmiyyətdə “qız uşağı dəyərsizdir” mesajı ilə başlayır
"Əhalinin sağlamlığı haqqında" qanunun 30-cu maddəsinə əsasən, hər bir qadının abort etdirmək hüququ var, lakin bu hüquq yalnız dölün cinsi müəyyən olunmamış dövrə, yəni hamiləliyin ilk 12 həftəsinə qədər keçərlidir".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə keçirilən 11 İyul - Ümumdünya Əhali Gününə həsr olunmuş "Azərbaycanda gender əsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları" mövzusunda ictimai müzakirə zamanı Gender balansı və qanunvericilik təşəbbüsləri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Milli Məclisin, Komitələrin və Komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova deyib.
O bildirib ki, 12-ci həftədən sonra isə yalnız tibbi göstəriş əsasında hamiləliyin sonlandırılmasına icazə verilir:
"Hüquqi baxımdan bu, mümkündür. Lakin abortlarla bağlı rəsmi statistikada selektiv abort ayrıca qeyd olunmur. Bu səbəbdən vəziyyəti oğlan və qız uşaqları arasındakı nisbət əsasında müəyyənləşdiririk".
A.Veysəlova əlavə edib ki, əvvəllər qanunsuz abort edənlər yalnız cərimələnirdisə, hazırda bununla bağlı tətbiq edilən sanksiyalar daha da sərtləşdirilib.
Onun sözlərinə görə, "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul olunması istiqamətində də işlər davam etdirilir:
"Ümid edirik ki, bu ilin payızında məsələ yenidən gündəmə gələcək və qanun layihəsi qəbul olunacaq".
Sosioloq Yusif Nəbiyev Sherg.az-a bildirdi ki, Azərbaycanda oğlan övladına üstünlük verilməsi, sadəcə fərdi seçim deyil, çoxdanın tarixi və mədəni kodlarının məhsuludur:
“Bir çox patriarxal cəmiyyətlərdə olduğu kimi, bizdə də oğlan uşağı ailənin “adını yaşadan”, “varisinə sahib çıxan”, “ana-ataya baxan” obrazı kimi təqdim olunur. Qız uşağı isə təəssüf ki, tez-tez “yad evinə köçəcək olan müvəqqəti qonaq” kimi dəyərləndirilir. Selektiv abortların səbəbi sırf fərdi seçim deyil, sosial təzyiqdir. Ona görə, ailə daxilində bu tip qərarların təşəbbüskarının konkret “ata” ya da “ana” olduğunu demək sadəlövhlük olardı. Bu, əksinə, ailə institutunun kollektiv təzyiqidir. Xüsusilə nənə-baba nəslinin “ilk uşaq oğlan olsun” təkidi qadını ciddi psixoloji təzyiq altına salır və nəticədə qərar “razılaşma” kimi təqdim olunsa da, faktiki olaraq sistematik zorakılıq nəticəsində verilir. Qanunların qəbul edilməsi isə müəyyən rəmzi dəyər daşıyır, yəni dövlət bu məsələyə qarşı çıxdığını nümayiş etdirir. Amma cinsə görə abortlar sadəcə hüquqi yox, simvolik zorakılığın nəticəsidir. Bu zorakılıq cəmiyyətdə “qız uşağı dəyərsizdir” mesajı ilə başlayır. Yəni qanun olsa da, ailədə qız uşağına münasibət dəyişməyəcəksə, bu qanunlar “qadağa kağızı” olmaqdan o yana keçməyəcək. Əsl mübarizə qanunla yanaşı, mədəni transformasiya ilə aparılmalıdır. Uşaq “cinsinə görə yox, insani dəyərinə görə” dəyərli olmalıdır. Yoxsa, oğlanın üstün görülməsi cəhalət deyil, sistematik sosial tərbiyənin nəticəsi kimi davam edəcək. Yəni, qısaca desək, Yəni, qısaca desək, problem ultrasəs cihazında yox, beyinlərimizdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi