
Tanınmış hüquqşunas: Alimenti ödəməyən şəxslərə güzəşt tətbiq edilmir
11:10 21.11.2024
Sosial
625
2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.
Məsələ Milli Məclisin Əmək və sosial siyasət kimitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu həm də alimentin minimum məbləği deməkdir.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda qeyd edib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki,alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.
Tanınmış hüquqşünas, vəkil Adəm Məmmədov “Sherg.az”a bildirib ki, alimenti ödəməyən şəxslərə güzəşt tətbiq edilmir:

“Ən minimal alimentdir bu. Hər uşağa görə ödənişi 400 manat etsələr böyük çətinliklər yaranar. Yəni boşanma ciddi problemə çata bilər və cəmiyyəti daha da kriminallaşdırar. Digər tərəfdən bilirik ki, bəzi ailələrin maddi imkanı və sosial durumu yaxşı olmadığı üçün boşanırlar. Yəni həmin şəxsin imkanı olsaydı ailəsinə, uşağına baxardı və heç bir söz-söhbət yaranmazdı. Bir sözlə minimum əmək haqqı alan şəxs boşandıqdan sonra iki övladına aliment ödəyə bilmir. Qanunda göstərilir ki, bir uşağa görə 4 də 1 , iki uşağa görə 4 də 2, üç və daha artıq uşağa isə qazxancın yarısı ödənilir. Əgər rəsmi iş yeri və digər qazancı yoxdursa, ödəyəcəyi aliment 240 manatdan aşağı olmamalıdır. Əgər şəxs 400-500 manat maaş alırsa və bir uşağa 240 manat aliment ödəyirsə, bunun bir hissəsi maaşdan tutulacaq, digər hissəsi isə verilməyən borc kimi qeydə alınacaq. Alimenti ödəməkdən qaçan şəxslər isə həm İnzibati məsuliyyətə (528 maddə), həm də məhkəmə qərarının qətnaməsini icra etmədiyinə görə cinayət məsuliyyətinə (306 maddə) cəlb olunur. Hətta onlara 3 ilə kimi azadlıqdan məhrum etmə və digər cəza növləri də tətbiq olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm