
Yaşlı insanlar da sosial mediadan istifadə edirlər - RƏY
12:46 17.03.2024
Sosial
649
Həm də tək bizdə yox, bütün dünyada sosial şəbəkə istifadəçisi olmaq bir növ trendə çevrilib “Azərbaycanda internet istifadə edən istifadəçilərin çoxu əyləncə məqsədi üçün istifadə edir, sosial şəbəkələrdə vaxt keçirirlər”
Azərbaycanda internetdən istifadə edən əhalinin sayı hər gün artmaqdadır. İnternet istifadəçiləri xüsusilə sosial media istifadə edirlər. Tiktok, instagram, vatsapp, telegram tətbiqləri ölkəmizdə populyardır. Azərbaycanda əhalinin 1.25 milyonu internet istifadəçisi deyil. 230-dan artıq ölkədə monitorinqlər aparan şirkətin ölkəmizlə bağlı rəsmi hesabatına istinadən xəbərinə görə, 2024-cü ilin əvvəlinə dair statistik məlumatlara əsasən, Azərbaycanda əhalinin 12 faizi internetdən istifadə etmir. Qeyd edək ki, hazırda ölkədə internet istifadəçilərinin sayı 9.19 milyondur. Ölkədə sosial media istifadəçiləri isə 6.10 (əhalinin 58.4 faizi) milyondur.
Qadınlarla müqayisədə kişilər daha çox sosial mediadan istifadə edirlər. Hesabata görə, hazırda ölkədə sosial media istifadəçilərinin 53.3 faizini kişilər təşkil edir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda ailə təsərrüfatı, yaşlı təbəqə və yeni doğulmuş uşaqların fonunda açıqlanan statistika real görünür:

“Onsuz da indi azyaşlı uşaqların da əlinə telefon verirlər, nisbətən yaşlı insanlar da sosial mediadan istifadə edirlər. Həm də tək bizdə yox, bütün dünyada sosial şəbəkə istifadəçisi olmaq bir növ trendə çevrilib. İnternetdən faydalı məlumatlar əldə etmək üçün istifadə etməyən insanlar məhz sosial media istifadəçisidir. Azərbaycanda faydalı istifadəçi kontingenti yaratmaq üçün gərək əvvəlcə Azərbaycan dilində faydalı məlumatlar olsun. Çox təəssüflər olsun ki, internetdə ana dilimizdə olan faydalı kontentlərin sayı çox azdır. Ona görə də birmənalı olaraq demək olar ki, Azərbaycanda internet istifadə edən istifadəçilərin çoxu əyləncə məqsədi üçün istifadə edir, sosial şəbəkələrdə vaxt keçirirlər. Tiktokun statistikasında Azərbaycan seqmenti ilk sıralardadır və çox təəssüfləndirici haldır ki, tiktok faydalı kontentlərin azlıq təşkil etdiyi bir platformadır.
Azərbaycanda insanların faydalı kontent formalaşdırması, maarifləndirici işlər görməsi üçün daha çox iş aparmalıdır.
İstifadə olunan saytlara baxsaq görərik ki, əyləncə saytları elmi və digər sahədə olan saytlardan həm reytinqə görə yüksəkdir, həm də sayca əyləncə saytlarının sayı həddindən artıqdır. Məsələn, müxtəlif ölkələrin bədii ədəbiyyatları ilə tanış olmaq, şəxsi veb səhifələr və bloglar qurmaq və istifadə etmək, istənilən məlumatı tapmaq imkanı və s. Vikipediyada Azərbaycan dilində məlumatlar digər Qafqaz ölkələri ilə müqayisədə çox aşağıdır. Vikipediyadan istifadə edən vətəndaşlarımız çox olsa da, öz dilimizdə çox az məlumat var. Bunun üçün də açıqlanan statistikanı düzgün təhlil edib, Azərbaycanda internet istifadəçilərinin daha faydalı məlumatlara əlçatanlığını təmin etmək üçün müvafiq addımlar atılmalıdır.
Bu istiqamətdə xüsusən Gənclər Forumu, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və digər sosialyönümlü agentliklər Azərbaycanda faydalı kontentin əlçatanlığı ilə bağlı vahid strategiya üzərində işləməlidir. Azərbaycanca məlumatların zənginləşdirilməsi üçün gəncləri, tələbələri bu sahəyə cəlb etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm