"Jara"ya görə Azərbaycana 70-dən çox müğənni gələcək

 
Bu gün "Jara 2019" musiqi festivalına start verilir.
Axşam.az xəbər verir ki, dörd gün keçiriləcək festival zamanı Rusiyanın və Azərbaycanın məşhur ulduzları səhnəyə çıxacaq.
Festivalın ilk günündə ümumi planlaşdırılan tədbirlər barədə məlumat verilib.
Mətbuat konfransında jurnalistlərin görüşünə müğənnilər Filipp Kirkorov, Qriqori Leps, Emin Ağalarov, Lolita, Ani Lorak, Zivert kimi məşhurlar gəlib.
Bildirilib ki, festivalda 70-dən çox müğənni iştirak edəcək, bəziləri yeni mahnılarını səsləndirəcək və müxtəlif səhnə şouları ilə izləyənlərin qarşısında olacaqlar.
Həmçinin, Filipp Kirkorov və Zivertin yeni duetinin festivalda səsləndiriləcəyi deyilib.
Konfrans zamanı Lolita bildirib ki, festivala gələn qonaqların hamısını Emin şəxsən özü hava limanında qarşılayıb.