İngilis bloger Adebola Soemimo geyimi səbəbilə Yunanıstanda saxlanılıb.
Axşam.az xəbər verir ki, Akropolisi ziyarət edən qadın açıq-saçıq paltarına görə muzeydən çıxarılıb, sonra isə polis bölməsinə aparılıb.
Adebola isə bunu iqrçiliklə əlaqələndirib.
“Muzeydə məndən də açıq-saçıq geyinənlər var idi”, deyə o sosial şəbəkədə yazıb.