Türkan Vəlizadə: Evim yoxdur, kirayədə qalıram - VİDEO

Mənim pulum olsa, bir neçə ev alaram. Ev ona görə deyirəm ki, illərdir evsizsəm. Hələ də özümə ev ala bilməmişəm. Kirayədə yaşayıram. Bundan isə nə çəkinirəm, nə də utanıram.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə ARB TV-nin “Söhbət var” şousunda deyib.

Kirayədə yaşayan sənətçi yaxın dostlarına ev alacağı vədini verdiyini bildirib:

“İlk növbədə valideynlərim üçün ev alaram. Müəyyən səbəblər ucbatından onların şəxsi evləri yoxdur. Evi olmayan dostlarıma söz vermişəm ki, onlar üçün bir otaqlı da olsa, ev alacağam. Deyirlər ki, üzümüzə gələn 2020-ci “siçan ili”ndə qənaətçi olmaq lazımdır”.