Türkiyənin məşhur aktrisalarından olan Asuman Dabak, bir verilişdə illər əvvəl ona xərçəng xəstəliyi diaqnozu qoyulduğunu deyib.
Sherg.az qardaş ölkə mətbuatına istinadən bildirir ki, Dabaka həkim 6 ay ömrünün qaldığını söyləyib:
“Bunu həkim dedikdə belə, ruhdan düşmədim. Mən bu xəstəliyi qəbul etmirəm və ölməməyə qərar verdim, dedim həkimə”.
Aktrisa xəstəliklə mübarizə aparmağın lazım olduğunu qeyd edib:
“Mübarizə aparmaq qərarı verdim. Bunu bacardım. Hər kəsə tövsiyyə edirəm ki, xəstəlik insanı ruhdan salmamalıdır. Yalnız mübarizə ilə istənilən xəstəliyə qalib gəlmək olar”.