İkincisi də oğlandı: Arda-Aslıhan Turan cütlüyü həyəcan yaşayır


Keçən il oğulları Həmzə Ardanı qucaqlarına alan Arda-Aslıhan Turan cütlüyü, izdihamlı ailə istədiklərini hər fürsətdə dilə gətirirdi. Keçən aylarda ikinci dəfə hamilə olduğunu açıqlayan Aslıhan Turanın körpəsinin cinsiyyəti müəyyən olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  2018-ci ilin 12 martında nikah masasına oturan Arda Turan ilə Aslıhan Doğan, 26 oktyabrda oğulları Həmzə Ardanı qucaqlarına almışdı.



Cütlük indi də ikinci körpələrinin həyəcanını yaşayır. Aslıhan Turan, 2,5 aylıq hamilədir.

Tv8 ekranlarında yayınanan "Gəl Danışaq" proqramının aparıcısı Eylem İpek Şafakın xəbərinə görə, Arda-Aslıhan Turan cütlüyünün ikinci körpələrinin cinsiyyəti müəyyən olub.
Həmzə Arda adında bir oğulları olan cütlüyün, ikinci körpələri də oğlandır. Xoşbəxt xəbəri yaxın ətraflarıyla paylaşan ikili, indidən hazırlıqlara başlayıb.

Turan