Altı dəfə boşanan məşhur müğənni yenidən ərə gedir?

Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan bir daha evlənməyəcəyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, 2020-ci ili Şimali Kiprdə qarşılayan müğənni geri qayıdarkən İstanbul hava limanında yeni ildə sevgilisinin ola biləcəyini, amma evlilik istəmədiyini bildirib.

“Artıq evliliyə qapıları bağladım. Çünki Oğulcan var. Onu evləndirmək istəyirəm. Özü də evlənmək istəyir. Amma doğru xanımı axtarır”, - deyə müğənni deyib.

Seda Sayan estetik əməliyyatlar etdirməsi xəbərinə sərt reaksiya verib:

“Bütün günü efirlərdəyəm. Estetik əməliyyatı nə vaxt etdirmişəm? Təbii ki, hər bir xanım kimi  vaxt tələb etməyən proseslərə müraciət edirəm. Amma estetik əməliyyatlar etdirməmişəm”.

Qeyd edək ki, Seda Sayan indiyə kimi altı dəfə evli olub və boşanıb.