Azərbaycanlı modeli koreyalılardan şikayətləndi: "Dəyər vermədilər"

Azərbaycanlı model Leyla Əliyeva - hesab edir ki, "Super Lady of the world" ("Dünyanın superledisi") beynəlxalq gözəllik yarışında ona layiqi olduğu dəyəri verməyiblər.

Model yarışda üçüncü yeri qazanıb.

Müsabiqə Cənubi Koreyada təşkil olunub. Qırx ölkənin nümayəndələri ilk üç yer, eləcə də "Ən yaxşı milli geyim", "İstedadlar şousu", "Sosial layihə" və s. nominasiyalar üzrə yarışıblar.

Əliyevanın cəhdlərinə rəğmən, o, yarışın qalibi olmayıb, münsiflər heyəti modelimizi üçüncü yerə layiq bilib. Nəticədən narazı qalan model hesab edir ki, onun gözəlliyini və zərifliyini lazımınca qiymətləndirməyiblər.

Leyla Əliyeva müxtəlif reklam layihələrində yer alır, onların əksəriyyəti isə adətən cəsarətli xarakterlidir.