Elza Seyidcahandan qəribə açıqlama: "Biz hamımız hər zaman hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan açıqlamaları ilə yenidən gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, ekstravaqant sənətçinin “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda həmkarı Mətanət İsgəndərlinin yenidən ana olmaq istəyinə etiraz bildirənlərə ilginc mesaj ünvanlayıb.

“Biz hamımız hər zaman hamilə olmalıyıq” deyən Seyidcahana proqramın aparıcısı Tarix Əliyev (Tolik) “Buradakı kişilər də?” sualını verib.

Əməkdar artist isə cavab olaraq “Bəli, hamımız. Yaxşı əməllərimizlə hamilə olmalıyıq. Kaş mənim 10 övladım olaydı” fikirlərini irəli sürüb.