Müğənni Afət Fərmanqızına "Həmin Zaur" proqramında Nəsiminin "Sığmazam" qəzəlinə hazırladığı mahnını oxumağa icazə verilməyib. İddialara görə verilişə gələn sənətçiyə ARB TV qadağa qoyub. Bu haqda aparıcı Zaur Kamal açıqlama verib:
"Dedik ki, burada oxumaq olmaz. Toylarda oxuya bilər. Onu oxumayacaq"
"Sherg.az" da Afət xanımın özü ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirib. Müğənni hansısa bir qadağanın olmadığını söyləyib:
"On gün əvvəl Tolikin verlişində həmin mahnını oxumuşam. Məsələn, Floraların, filanların harda ki, musiqi işinə baxan, tanış redaktorları var, onlar icazə verməyə bilər. Bu da mənim üçün önəmli deyil. O mahnını ifa etmək üçün efirlərdən 3 min manat pul istəyirəm. Ona görə də oxumuram. Tolik dostumdur deyə ödənişsiz səsləndirdim. Zaur da istəsə, ifa edərdim. Sadəcə yeni mahnı aparmışdım deyə, oxumadım".