Markl qızına bu hədiyyəni bağışlayacaq

Saraydan qalmaqallı şəkildə ayrılan Şahzadə Harri və həyat yoldaşı Meqan Markl yenidən gündəmə gəliblər.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, ikinci dəfə valideyn olmağa hazırlaşan cütlük doğulacaq körpəsinə bahalı hədiyyə verəcəyini açıqlayıb.

“Independent” nəşrində yer alan məlumata əsaən, Markl dünyaya gələcək qızına 4 min 200 funt-sterlinq (9 min 981 manat) dəyərində olan qol saatı bağışlayacaq. Üzərinə "M.M.-dən M.M.-ə" yazısı qeyd edilən ziynət əşyası məşhur “Cartier” brendinə məxsusdur. Meqan 2015-ci ildə bu saatı bir gün qızı olanda ona bağışlasın deyə aldığını bildirib.

Xatırladaq ki, Harrinin anası mərhum Şahzadə Diana da daha çox “Cartier” markasına məxsus saatlardan istifadə edib.