Lopezdən edilən şikayətlərin sayı artıb

Müğənni Cennifer Lopezdən edilən şikayətlərin sayı artıb.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, qonşularını ifaçının evindəki yüksək musiqi və mübahisə səsləri narahat edib. Buna görə onlar dəfələrlə 911 nömrəsinə zəng vurub, ondan şikayətçi olublar.

Bu şikayətlər Lopezin bir müddət əvvəl Amerika prezidenti seçilən Co Baydenin andiçmə mərasiminə qatılmasından sonra başlayıb.

Bəziləri yüksək səsli musiqinin siyasi mənası olduğunu və Cenniferin insanları hər zaman Baydenə dəstək olmağa çağırmağa çalışdığını deyiblər.