Nazilə 10 min manat ziyana düşüb – KURİOZ SƏBƏBİ var

“Böyük ziyafət üçün danışmışdıq. Bir yaxşı müştəri var idi. Hər şeyi  həll etmişik, təkcə beh almaq qalıb. Müştəri mənə zəng etdi, dedim, hay can qardaş.  Qayıtdı ki, sizə təkrar zəng edəcəm. Sonra yazdı ki,  sizinlə davam edəsi olmadıq. Çünki mənə can deməyiniz həyat yoldaşımın xoşuna gəlmədi”.

“Sherg.az” xəbər verir ki, bu sözləri “Xəbər-Ətər” verlişində şairə Nazilə Səfərli söyləyib. O başına gələn kurioz hadisədən danışıb:

“ İnsanlara şirin dil də yaramır. Özümə kiməsə can deməyi qadağan elədim. Can özüməm, balamdır, yarımdır, ailəmdir. Başqa heç kim! Bir kəlmə can sözü məni 10 min ziyana saldı”.