Röya-Natavan qalmaqalı: Kim kimi pula satıb? - Gizlinlər üzə çıxdı

“Çox çılğındır, elə bil hələ də uşaqdır. Məndən yaşca böyükdür, amma ürəyi çox balacadır. Allah onun qəlbinə sevgi, mərhəmət  bəxş etsin. Küsüb-inciməkləri yığışdırsın. Belə hara gedib çıxacaq? Çox gözəl həyatı, sağlam övladı var. Ona görə yaşamağa dəyər. Problem varsa, başqalarında axtarmasın, bir yerdə çözək”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Atv- Onlarla” verlişinin “33  sual” rubrikasında müğənni Röya Ayxan həmkarı Natavan Həbibi haqqında söyləyib.

O Natavanın “Məni pula satdılar. Mahnı oğurluğu aşkar elədim” açıqlamasına da münasibət bildirib:

“Bir oğlan mahnı göndərdi, ona ödəniş etdim. Ardınca İstanbula yola düşdüm. 6 ay sonra dedilər, oğlan söyləyir ki, mahnını oxumursa, başqasına verə bilərəm? 

Dedim, axı pul vermişəm. Həmin şəxs  zəng etdi ki,  səhv eləmişəm, mahnını eyni anda həm Natavan Həbibiyə, həm də sizə vermişəm. Söylədim ki, onda Natavan oxusun. Lakin mahnının pulunu mən ödəmişəm. Belə söhbətlərə görə dost itirmərəm.

Aramızdakı soyuqluğun səbəbi bu kimi məsələlərdirsə, olmasın. Çünki yaşımız keçir və bizə yaraşmır. İndi bizim oturub dərdləşmək vaxtımızdır”.