Səidədən etiraf:“Atam gördü ki, mənimlə bacarmır...” 

“Məncə, müğənninin ailəsi olmamalıdır. Elə olanda hər şey dəyişir. Solursan, dəbdən düşürsən”

“Sevgili ola bilər. Amma ailə ilə sənəti birgə aparmaq olmur”


Müğənni Səidə Sultan “ATV maqazin onlarla” verlişinin “ 33 sual” rubrikasında qonaq olub.  O proqramda həyatı və sənəti ilə bağlı danışıb.
“Sherg.az”ın məlumatına görə  Səidə atasının müğənni olmasına icazə vermədiyini söyləyib:

“Evdə 3 bacı idik, hamımız uzun paltarlar geyinirdik. Təkcə mən “şortik” geyinə bilərdim. Çünki oğlan kimi böyüdülmüşdüm. İlk dəfə oxumağa evdən qaçıb getdim. O da dedim, elə-belə oxuyum, yəqin müsabiqələri keçmərəm.

Lakin bütün yarışlardan uğurla keçib Heydər Əliyev sarayına gəldim. Orada oxumalıydım. Atam gördü ki, mənimlə bacarmır, sənətdə irəliləyirəm.

Dedi ki, Səidə, daşla çayın qarşısını kəsirsən, su haradan olsa, keçib gedir. Mən də səni dayandıra bilmirəm. Sonra qayıtdı ki, sənə evlənmək çətin olacaq. Söylədim  ki, oxumağa razıyam. Məncə, müğənninin ailəsi olmamalıdır. Elə olanda hər şey dəyişir. Solursan, dəbdən düşürsən.
Sevgili ola bilər. Amma ailə ilə sənəti birgə aparmaq olmur. Ya səhnədə olmalısan, ya da  ailədə. Mən də səhnədə xoşbəxtəm”.