Müğənnilər Afət Fərmanqızı və Manaf Ağayev “Həmin Zaur” verlişində qonaq olarkən 25 ilə yaxındır dost olduqlarını açıqlayıblar. M.Ağayev Afətin heç də kişi dostlarından geri qalmadığını xüsusi vurğulayıb: “Bəzən kefim olmur. Dərhal mənimlə maraqlanır”.
“Sherg.az” xəbər verir ki, A.Fərmanqızı isə Manafla dostluq əlaqələri haqda bunları söyləyib:
“Ümumiyyətlə, haqsızlığı sevmirəm. Nə mənim Manafdan, nə də Manafın məndən maddi asılılığı var. Amma biz dostuq. Kimsə ona qarşı haqsızlıq edəndə, qəbul edə bilmirəm . Haqqına girib rəy yazırlar. Manafın xəbəri olmur, yarım saata tapıb başa salıram”.