Koronaya yoluxan əməkdar artist Mətanət İsgəndərlidən xəbər var. Onun oğlu Kərim Həmidov İnstaqramda video paylaşıb. Kərimin görüntülərini müğənni Könül Kərimova öz profilində yerləşdirib.
“Sherg.az” xəbər verir ki, Kərim hər şeyin yaxşı olduğunu söyləyib:
“Sabah xəstəxanadan çıxa bilərəm. Burada bizə yaxşı qulluq edirlər. Allah bizi tapşıranların da canını sağ eləsin. Tam sağaldıqdan sonra hər kəsə ayrı-ayrılıqda təşəkkür edəcəyik”.