"Arka Sokaklar"ın ilk bölümündən rol alan aktrisa FİLMDƏN GETDİ

Türkiyənin 15 ildir ki, çəkilən "Arka Sokaklar" serialının ilk bölümündən etibarən rol alan aktrisası Yüsra Geyik heyətdən ayrılıb.

Lent.az ölkə mediasına istinadən xəbər verir ki, serialda Hüsnü Çobanın qızı rolunu canlandıran Zeliha obrazının qəhrəmanı dünən yayımlanan sezon finalı bölümündən sonra bu barədə sosial şəbəkə hesabında bildirib.