"Bizsiz heç bir şeyin dadı yoxdur" - Aysel Əlizadə

"Kişilər qadınsız necə olurdu? Əskik, çox əskik".
"Sherg.az"axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkə paylaşımında yazıb. Sənətçi kişi-qadın münasibətlərindən bəhs edib.
"Çünki qadın nazlıdır, sirlidir, əlçatması çətin olandır. Qadın gizlidir, gözləniləndir. Buna görə də bütün qadınlar özəldir. Qadınsız həyat yaşanılmaz. Bizsiz heç bir şeyin dadı yoxdur. Düz demirəm?" deyə, Aysel paylaşımına əlavə edib.