Afətin evindən oğurluq olunub:"Tüpürüm belə pul qazanmağa”

Müğənni  Afət Fərmanqızının evindən oğurluq olunub.
“Sherg.az” xəbər verir ki, o, bu barədə İnstaqram profilində məlumat yayıb. Oğurluq edən xanımın fotosunu paylaşan sənətçi bunları yazıb:
“Bu “əxlaqlı” qızın  adı Sevincdir. Evimdən oğurluq edib. Ortaya çıxmasa, polis vasitəsilə gətiriləcək. Məni bloka atıb. Daha demir ki, səni beş dəqiqəyə taparam. Anası da söyləyir ki, qızım var. Aylar əvvəl anası evimdə iş görürdü. Bu da onun yanına gələndə əşyalardan bir-bir götürürmüş. Tüpürüm belə pul qazanmağa”.