Özünü Bülənt Ərsoya bənzədib insanların diqqətini çəkdi - VİDEO


Türkiyənin Yalova şəhərində makiyajı və geyimi ilə özünü məşhur türkiyəli sənətçi Bülent Ərsoya oxşadan qadın yerli sakinlərin diqqətini çəkə bilib.

Sherg.az oxu.az-a istinadən xəbər verir ki, Zöhrə Özdemir stilist-vizajistdir və məşhur sənətçinin pərəstişkarıdır.

Z.Özdəmir bildirib ki, o, bu görünüşü ilə xüsusən pandemiya dövründə insanlara xoş əhval-ruhiyyə bəxş etmək niyyətindədir.

"İnsanların müsbət münasibətinin şahidi oldum. Yalovalıların məmnun qaldığını düşünürəm. Özümü xoşbəxt hiss edirəm", - deyə Z. Özdemir bildirib.