Harri Londona Meqansız qayıtdı

36 yaşlı şahzadə Harri anası, şahzadə Diananın heykəlinin qoyulması mərasiminə qatılmaq üçün Londona qayıdıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, xatirə abidəsi iyulun 1-də mərhum şahzadənin 60 yaşı tamam olacaq gün qoyulacaq. Harri və Uilyamın mərasimdə birlikdə çıxışı gözlənirdi. Amma hazırda küsülü olan qardaşlar tədbirdə yanyana belə dayanmayacaq.

Harri Meqan Markılı özü ilə Londona gətirməyib. O, ailə üzvlərinin arvadı ilə üz-üzə gəlməsini istəmədiyi üçün belə addım atıb.

Böyük Britaniya qaydalarına uyğun olaraq Harri 5 gün karantində qalacaq. Daha sonra isə o, Covid-19 testi verəcək və neqativ olduğu halda tədbirə qatılmasına icazə veriləcək.

Qeyd edək ki, Meqanın son vaxtlar verdiyi müsahibədən sonra kral ailəsində qalmaqal yaranıb.