"Qadın xəyanət yaşayırsa, təmkinlə qarşılamalıdır" - Gülyanaq Məmmədova 

"Qısqanclıq xəstəlikdir. Rəşad Kəsəmənli ilə bir tədbirdə idik. Bir şeir qoydular: Qadın ərini nə qədər qısqansa belə rəftarı ilə utandırıb ki, Nüsrət Kəsəmənli bu "Etiraf" şeirini yazıb. Deyir ki, başımda sığal, evə gec, sənə olan sevgimin yarısını çöldə qoyub gələ bilərəm. Səni nə qədər incitmişəm, yenə də qapıda bənövşə kimi bitmisən. Xanımını necə göyə qaldırıb".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "6/bazar axşam şousu" proqramında deyib. Qadın qısqanclığından, xəyanətdən danışan müğənni xanımlara məsləhət verib:

"Qadınlara dərsdir. Kişi gedir çölə, işi ola bilər gec gələr. Kişi lap gedib bir sevgisinin yanına, amma yenə də qayıdıb sənin yanına gələcək. Balalarının yanına gəlib, yuvasına isinəcək. Olur belə şeylər. Düzdür, yoldaşım etməyib. Bəlkə, yaşamamışam deyə rahat deyirəm. Amma bir qadın yaşayırsa, təmkinlə qarşılamalıdır. Onu itirəndən sonra çox peşman olacaqsan".