Şeyma milyarder sevgilisindən ayrıldı


Hamilə olduğunu deyən, daha sonra övladını itirdiyini elan edən məşhur sosial şəbəkə fenomeni Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussidən ayrılıb.

Axşam.az xəbər verir ki, Şeyma birlikdə olan bütün fotolarını İnstaqram səhifəsindən silib. Subaşı daha sonra ayrılıq xəbərlərini təsdiqləyib.

Şeyma Mohammedlə evlilik planı qururdu. Cütlük İbizada toy etməyə hazırlaşırdı. Fenomen hamilə olduğunu əvvəl dansa da, sonra təsdiqlədi. Bir neçə gün sonra isə o, övladını itirdiyini və toyun vaxtını dəyişdiklərini deyib. Bütün bunlardan sonra cütlük ayrılma qərarı verib.