Evini satdı, təzminat ödədi

Keçmiş həyat yoldaşı, müğənni Emina Yahoviçə olan təzminatı ödəmək üçün Mustafa Sandal evini satıb.

Sherg.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi 4 mərtəbəli malikanəsini sataraq borcunu ödəyib. M.Sandal Çubuklu ərazisində aldığı yeni villasına isə hər ay 65 min TL kredit ödəyir.

Qeyd edək ki, cütülüyün iki övladı var.