Nazənin Afəti söydürür? - AÇIQLAMA 

Müğənni Afət Fərmanqızı İnstaqram profilində paylaşdığı video ilə gündəm olub. Sənətçi bir xanım həmkarının müğənniləri xaricdə yaşayan bloqerlərə təhqir etdirdiyini söyləyib.
“Sherg.az” xəbər verir ki, sənətçi həmin xanımın adının “N” hərfi ilə başladığını  bildirib. Sosial şəbəkə istifadəçiləri onun müğənni Nazənin Salayeva olduğunu iddia ediblər.
Biz də N.Salayevanın prodüseri Pərviz Fəqan ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirdik. P.Fəqan sözügedən şəxsin Nazənin xanım olmadığını söylədi:
“Afət xanımla biz dostuq. O, tamam  başqa adamdan bəhs edir”.