"Evlilik təklifi xəyallarımın ötəsində idi"


"Yemin" serialında tanış olub eşq yaşayan Gökberk Demirci və Özge Yağız evlilik hazırlıqlarına başlayıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Demirci Yağıza evlilik təklifi edib.

"Gökberk ilə münasibətlərimiz çox yaxşı gedir. Aldığım evlilik təklifi də xəyallarımın ötəsində idi. Heç düşünməzdim ki, bu qədər təəccüblənəcəyəm və belə bir sürpriz olacaq", - deyə Özge Yağız hislərini yaxın ətrafı ilə bölüşüb.

Cütlüyün pandemiya bitdikdən sonra evlənəcəyi bildirilib.

Demircilə Yağızın Hindistan, İran və Türkiyənin birlikdə hazırladığı filmdə baş rolları canlandırmaları ilə bağlı təklif aldıqları da ortaya çıxıb. Cütlüyün eyni layihədə yer almaqda maraqlı olduqları deyilir.