Nigar Camal qəza keçirib hadisə yerindən qaçdı

Müğənni Nigar Camal avtomobil qəzası keçirib.

Axşam.az xəbər verir ki, sənətçi hadisə yerini tez tərk edib. Nigar məlumatı təsdiqləyib və həmin yerdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirtmişəm. Lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb. Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə, hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbiniz soyuyanda danışarıq.

Qəza baş verən yerdə hər yer kameradır. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkə-çəkə qaçam. Şükür ki, hər şey yolundadır. Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu-keçdi. Bunu şişirtməyin yeri yoxdur. Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun. Hər hansı bir xəbəri mətbuat katibimlə dəqiqləşdirmək elə də çətin iş deyil".

Qeyd edək ki, hadisə iki gün əvvəl baş verib.