Komadan ayıldı, MakSim danışa, hərəkət edə bilir

Uzun müddətdir komada olan müğənni MakSimin səhhəti ilə bağlı yeni açıqlama yayılıb.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, yaxınları onun artıq yaxşı olduğunu deyib. Bildirilib ki, MakSim danışa, hərəkət edə bilir.

Anası və qızı ilə videogörüntülü danışan ifaçı hələ də reanimasiyada saxlanılır. EKMO aparatından ayrılan müğənni özü nəfəs ala bilir. Həkimlər açıqlamasında sənətçinin pnevmoniyanın ağır versiyasını geridə qoyduğunu deyib.

Qeyd edək ki, koronavirusa yoluxan MakSim bir neçə aydır komada idi.